“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.03.2024  16:46 

Damla oğlu barədə danışıb





A+  A-

Müğənni Damla oğlu barədə danışıb.

Xəzərnews.az olay-a istinadla xəbər verir ki, o, “Zaurla Günaydın” verilişində övladı ilə arasında fərqli bağ olduğunu deyib:

“Arada üstünə qışqırıram ki, öküz, sənin ananam, bu sözü demək olmaz. Deyir, hərdən unuduram, elə bilirəm ki, böyük bacımsan. Onun əziyyətini daha çox anam çəkib. Mən məclislərdə olmuşam. Oğlumun burada olmamağı mənə də təsir edir. Amma ən çox anam pis olur. Oğlum yanıma gələndə, anam zəng edirdi ki, nə bişirdin, nə yedizdirdin...

17 yaşımda ailə qurmuşdum. 2-3 il çəkdi. Rəsmi boşanma gec oldu. Ailə daxilində alınmadı. Oğluma görə münasibətlərim var. Onu xaricə atası ilə birgə yola saldıq, sənədlərini bərabər hazırladıq. Hamısında atası yanımızda olub. Onun ailəsi, yəni oğlumun bacı-qardaşları var.

Bəzən mənə onların şəkillərini göndərir. Mən də gülürəm. Göndərəndə deyir, bacımdır, deyirəm, xəbərim yoxdur, qızım olmayıb.

Arada xanımlar ayrılanda övladlarını qarşı tərəfə göstərmirlər. Necə edirlər bunu? Axı sən atanın evindən gətirməmisən. Evliliklə bağlı fikrim yoxdur. Hətta fikirləşirəm ki, oğlum tez böyüsün, evləndirim, nənə olum.

Bəzən deyirəm ki, ay Allah, nə yaxşı külfət içində yaşamıram, qayınanam-baldızım yoxdur. Məni bir gün də saxlamazdılar. Gəlin, gecə 3-də toydan gəlir. Olacaqsa da, rəsmi qaydada istəyirəm. Rəsmi nikah olsun. Sıradan olmasın”.

Xəbər 1020 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +