“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.10.2018  10:38 

Bu il Bakıda yol qəzalarında 147 nəfər ölüb





A+  A-

Bu ilin 9 ayı ərzində paytaxt ərazisində baş vermiş 430 yol-nəqliyyat hadisəsində 147 nəfər həlak olub, 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) XəzərNews.az-a verilən məlumata görə, bu barədə bu gün İdarədə cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı şəhər BŞBPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.

E.Həsənovun sözlərinə görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb.
Əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərindən olan yоl hərəkətinə nəzarət prоsеsində 668.406, о cümlədən sürət rеjiminə əməl оlunmaması ilə bağlı 303.969, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 25.738, nəqliyyat vasitəsinin sərхоş vəziyyətdə idarə оlunması ilə bağlı isə 1.769 inzibati хəta aşkar еdilib.

Xəbər 1551 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +