“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.05.2020  22:09 

Ünvanlı sosial yardımın müddəti ENDİRİLİR





A+  A-

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda “Ünvanlı dövlət sosial yardımı haqqında” (birinci oxunuş) qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Komitə sədri Musa Quliyev bildirib ki, 2005-ci ildə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunub: "2006-cı ildən bu qanun qüvvədədir. Sonra bu qanunda bir sıra əlavə və dəyişikliklər olub. Bu gün qanuna təklif olunan dəyişikliklər ünvanlı dövlət sosial yardımın verilməsi şərtlərinin yumşaldılması və əhatə dairəsinin genişləndirilməsi üçün hüquqi baza yaradır.

Qeyd edilib ki, təqdim olunan qanun layihəsində 15 maddəyə 11 dəyişiklik təklif olunur. Dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, ünvanlı sosial yardım alanların dövlət proqramına əlçatanlığı daha da genişlənsin. Digər düzəliş ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması ilə bağlıdır. Dəyişikliyə əsasən 2 illik müddət artıq bir ilə endirilir. Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək.

Qanun layihəsinə əsasən, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünüməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünüməşğulluğa yönləndilməsi proqnozlaşdırılır. Müzakirələrin sonunda “Ünvanlı dövlət Sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər 1798 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +