“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.02.2020  17:19 

Qidanın keyfiyyətini harada və necə yoxlatmalı?





A+  A-

Qidanın təhlükəsizliyinə əmin olmaq üçün sahibkar və fermerlərlə yanaşı, hər bir vətəndaş da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriya xidmətlərindən yararlana bilər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) XəzərNews.az-a verilən məlumata görə, tərkibi və təhlükəsizliyi şübhə doğuran istənilən ərzaq nümunəsinin AQTİ-nin laboratoriyalarında müayinəsi mümkündür.

Bəs, necə müraciət etməliyik?

Vətəndaş keyfiyyətindən şübhələndiyi ərzaq nümunəsini uyğun bir şəkildə AQTİ-nin Mərkəzləşmiş Nümunə Qəbulu şöbəsinə gətirir;

Nümunəyə və vətəndaşın büdcəsinə uyğun müayinə üsulu seçilir;

Müayinə növü seçildikdən sonra vətəndaş haqqında məlumatların yer alacağı ərizə nümunəsi doldurulur;

Vətəndaş analizlər üçün hesab-fakturanı alaraq banka ödəniş edir;

Banka ödəniş haqqında təsdiq aldıqdan sonra nümunə müvafiq laboratoriyaya göndərilir;

Məhsulun növündən asılı olaraq analizin cavabları 3-10 iş günü müddətində hazır olur.

Keyfiyyətini harada və necə yoxlatmalı?

Qidanın təhlükəsizliyinə əmin olmaq üçün sahibkar və fermerlərlə yanaşı, hər bir vətəndaş da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriya xidmətlərindən yararlana bilər. Tərkibi və təhlükəsizliyi şübhə doğuran istənilən ərzaq nümunəsinin AQTİ-nin laboratoriyalarında müayinəsi mümkündür.

Bəs, necə müraciət etməliyik?

Vətəndaş keyfiyyətindən şübhələndiyi ərzaq nümunəsini uyğun bir şəkildə AQTİ-nin Mərkəzləşmiş Nümunə Qəbulu şöbəsinə gətirir;

Nümunəyə və vətəndaşın büdcəsinə uyğun müayinə üsulu seçilir;

Müayinə növü seçildikdən sonra vətəndaş haqqında məlumatların yer alacağı ərizə nümunəsi doldurulur;

Vətəndaş analizlər üçün hesab-fakturanı alaraq banka ödəniş edir;

Banka ödəniş haqqında təsdiq aldıqdan sonra nümunə müvafiq laboratoriyaya göndərilir;

Məhsulun növündən asılı olaraq analizin cavabları 3-10 iş günü müddətində hazır olur.

Xəbər 2161 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +