“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


13.01.2020  10:57 

Baş infeksionistdən “donuz qripi” açıqlaması: “Kəskin respirator infeksiya yayılıb”





A+  A-

“Gürcüstanla şəxsən əlaqə saxladım və onların rəsmiləri bildirdilər ki, ötən illə müqayisədə qriplə xəstələnmə halları 2 dəfə azdır”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev qonşu Gürcüstandakı “donuz qripi”nin Azərbaycana təsirləri barədə danışarkən bildirib.

O, qeyd edib ki, ajiotajı yaradan bizimkilərdir:

“Gürcüstan tərəfi deyir “epidemiya yoxdur”, amma bizimkilər deyir “Gürcüstanda epidemiyadır, “donuz qripi”ndən ölənlər var, qrip camaatı qırır””.

Baş infeksionist deyib ki, hazırda mövsümə uyğun olaraq, Azərbaycanda qrip və kəskin respirator infeksiya yayılıb. Hamımızın ətrafında, dost-tanışında, ailə üzvləri arasında qriplə xəstələnənlər var, amma bu, insanları qorxudacaq dərəcədə epidemik xarakterli deyil. “Donuz qripi”, H1N1, H3N2 və sair - bunlar yayılması ehtimal olunan viruslardır, amma indiyədək respublikada “donuz qripi”, yaxud “quş qripi” ilə xəsətlənənələr yoxdur. Ən azından bizim klinikada da bu cür ağır xəstələr yoxdur və digərlərində olması barədə də məlumat almamışam”.

Cəlal İsayevin sözlərinə görə, insanlar xəstəliyə yoluxubsa, ictimai yerlədə çox olmaqdan çəkinməlidirlər, maskalardan istifadə etməldirilər:

“Həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. İşləyənlər işə, tələbələr universitetə, məktəblilər məktəbə, körpələr bağçaya getməməlidirlər. Virusa yoluxmuş birinin 10-15 dəqiqə ictimai yerdə olması, digərlərinin də xəstələnməsinə kifayət edir. Buna görə xəstələnmə hallarında ictimai yerlərdə olmaqdan mümkün qədər çəkinmək lazımdır”.

Qeyd edək ki, Gürcüstanda bir neçə nəfərin “donuz qripi”ndən öldüyü bildirilir. Eyni zamanda , Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “quş qripi” təhlükəsi səbəbilə Polşadan Azərbaycana diri quş və quş əti idxalını müvəqqəti dayandırıb.

Xəbər 2227 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +