“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.12.2019  12:49 

Seçkiyə qədər deputatlar maaş alacaq?





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün Konstitusiya Məhkəməsi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, qərarda seçkilərin keçirilməsinin Konstitusiyaya uyğun olduğu bildirilib.

Bu məqamda ictimaiyyəti maraqlandıran suallardan biri növbəti çağırışa qədər Milli Məclisin deputatlarının əməkhaqqı alması və toxunulmazlıq hüquqlarının saxlanılması ilə bağlıdır.

“Qafqazinfo” məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədovla əlaqə saxlayıb. O, xatırladıb ki, Milli Məclisdə növbədənkənar seçki məsələsi müzakirə olunanda təklif edildi ki, müharibə aparan dövlət olaraq sabah müəyyən problemlər yarana bilər: “Buna görə də, səlahiyyət müddəti VI çağırışın ilk iclasına kimi uzadılsın. Yəqin ki , Fərmanda bu məsələ öz əksini tapacaq. Çünki bu çox vacib məsələlərdən biridir”.

Milli Məclisin deputatı Fazil Mustafa isə Konstitusiya Məhkəməsinin qərarında bu məsələnin göstərildiyini bildirib: “ Qərarda qeyd olunub ki, Milli Məclisin qanunvericilik fəaliyyəti istisna olmaqla, digər bütün fəaliyyətləri saxlanılır. O cümlədən, hərbi rejim və fövqəladə hadisə zamanı qanun qəbul etmək, müharibə elan etmək imkanları qalır. Eyni zamanda, deputatların səlahiyyəti də növbəti parlamentin toplandığı günə kimi davam edir. Buna görə də əmək haqqı almaq və toxunulmazlıq hüququ da olduğu kimi qalır”.

Xəbər 2174 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +