Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


29.12.2017  09:57 

Təbriz Universiteti Azərbaycanda filial açacaq





A+  A-

"Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açacaq".
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyaləti üzrə Azad İslam Universitetin rektoru Əziz Cavanpur bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ə. Cavanpur universitetin İranın Azərbaycandakı səfiri və bu sahənin məsul şəxsləri ilə bu haqda danışıqlar apardığını bildirib: “Universitet müxtəlif ixtisaslar, xüsusi ilə tibb ixtisasları üzrə tələbələr qəbul edəcək”.

Qeyd edək ki, Azad İslam Universiteti İranın ən böyük universitetlərindən biridir. Universitet 1982-ci ildə İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən təsis olunub.

Universitetin rektoru Fərhad Rəhbər və rəyasət heyətinin sədri Əli Əkbər Vilayətidir. Azad İslam Universitetin İngiltərə, BƏƏ, Livan və Əfqanıstanda filialları fəaliyyət göstərir.

Xəbər 1252 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +