Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


27.12.2017  11:08 

Bu şəxslərə işsiz olduğu üçün pul veriləcək - VİDEO





A+  A-

İşini itirənlər işsizlikdən sığorta sistemindən yararlana biləcəklər.
XəzərNews.az "Xəzər TV"yə istinadən xəbər verir ki, "İşsizlikdən sığorta haqqında" qanun gələn il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri Kamil Həsənov deyir ki, qanun qüvvəyə mindikdən sonra İşsizlikdən Sığorta Fonduna hər ay işçinin əməkhaqqının 1 faizi miqdarında vəsait ödəniləcək.

Bu məbləğin bir hissəsi işsizlikdən sığorta ödənişlərinə, digər hissəsi isə aktiv məşğulluq proqramlarına sərf olunacaq. Sektor müdirinin sözlərinə görə, işsizlikdən sığorta sistemindən yalnız əmək müqaviləsi ilə işləyənlər və bu fonda 3 ildən yuxarı ödəniş edənlər faydalana biləcəklər.

İşsizlikdən sığorta ödənişi işini itirən şəxsə 9 ay veriləcək.

Ardınca isə bir il fasilə veriləcək. Sonra təkrar müraciət zamanı 3 ay müddətində minimum əməkhaqqı miqdarında sığorta ödənişi təyin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbərdarlıq edir ki, işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir.


Xəbər 2987 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +