Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü


24.06.2020  17:52 

97 nəfərin öldüyü qəzaya koronavirus səbəb olubmuş





A+  A-

Mayın 22-si Pakistanın Karaçi şəhərində 97 sərnişinin ölümü ilə nəticələnən təyyarə qəzasına pilotların koronavirus infeksiyası üzərində mübahisə etməsi olub.
XəzərNews.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin açıqladığı ilkin istintaq məlumatlarında qeyd olunub. Bildirilib ki, uçuş zamanı pilotlar koronavirusu müzakirə edib, bu isə onların diqqətini yayındıraraq qəza etmələrinə səbəb olub.

Pakistanın Mülki Aviasiya naziri Qulam Sərvər Xan “Həmin pilotların ailələri bu virusdan zərər görüb, buna görə onlar pandemiyanı müzakirə edirdilər”, -deyə qeyd edib.

Nazirin sözlərinə görə, təyyarə eniş etməyə normadan yüksək hündürlükdən başlayıb. Dispetçerlər bu barədə pilotları məlumatlandırsalar da onlar bunu ciddiyə almayıb və müzakirəyə davam ediblər.

“Dispetçerlər onlara xəbərdarlıq etmişdilər. Lakin o ekipaj komandiri öhdəsindən gələcəyini deyərək söhbətə davam edib”,- deyə nazir bildirib.

O, pilotların təcrübəli olduğunu və uçuşdan əvvəl bütün tibbi müayinələrdən keçdiyini, təyyarənin isə tam işlək vəziyyətdə olduğunu vurğulayıb.

Xatırladaq ki, mayın 22-si Pakistanın Karaçi şəhərində Airbus A320 təyyarəsi ikinci eniş cəhdində qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşmüş, hadisə nəticəsində 99 nəfərdən 2-si sağ qalmışdı.

Xəbər 1419 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +