Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam


09.03.2023  10:20 

“Gürcüstanın gələcəyi Azərbaycanla çox bağlıdır“





A+  A-

"Gürcüstanda baş verənlər birmənalı deyil, hətta region üçün təhlükələr də var, çünki regionda qeyri-sabit Gürcüstan Rusiya üçün asan loxmaya dönə bilər".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə REAL Partiyasından Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, etiraza səbəb olan "inoagent" haqqında qanun ABŞ-da qəbul edilmiş qanunla birə-bir eynidir:

"Amma bu o demək deyil ki, qanun normal qanundur, ABŞ-da çox güclü məhkəmə hakimiyyəti, Ştatların öz qanunları var, yəni, ABŞ-da işləyən qanun zəif institurları olan ölkədə normal işləməsi mümkün deyil - zatən, Kreml də "inoaqent" haqqında absurd qanunu qəbul edəndə ağıllı sifət alıb ABŞ-a istinad edirdi".

N.Cəfərli bildirib ki, indiki hökumət bu qanunu daha çox Rusiya təsirinə görə qəbul etdiyini iddia edir - Kreml "yumşaq gücdən" ən çox Tiflisdə iştifadə edir, orada böyük biznes layihələri, banklar, maliyyələşdirdiyi siyasi partiyalar, KİV-lər, QHT-lər var:

"Amma hökumət bunu izah edə bilmir, çünki inandırıcı hekayəsi zəifdir, İvanaşvilinin Rusiyadan asılılığı fikri cəmiyyətdə çox geniş yayılıb və xalqın bir qismi, əsas da gənclər indiki hökuməti sevmirlər, amma elə həmin gənclər, yeni nəsl Saakaşvilini də qəbul etmir.

Gürcüstanın bu günü və gələcəyi Azərbaycanla çox bağlıdır, bir-birimizdən çox asılıyıq, bir-birimizi tamamlayırıq, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, bizim Qərbə açılan qapımız, Azərbaycan isə Gürcüstanın enerji və maliyyə mənbəyidir. Qonşu ölkədə siyasi sabit (yəni, xalqın böyük əksəriyyətinin qəbul etdiyi), demokratik bir sistemin bərqərar olması, institutlaşması bizim üçün də çox vacibdir.

Bizdə bəziləri dünyanın harasında olur-olsun küçədə 5-10 min adam görəndə "siyasi orqazm" yaşayayırlar, onlara məsləhətim odur ki, hər bir hadisəyə daha dərindən baxmağı öyərənsilər, bölgəmizə gələcək təsirlərini analiz etməyə çalışsınlar..."

Xəbər 1148 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +