Vatikanda yeni papa seçilir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı


14.09.2020  16:08 

“IV qrupda müsabiqə vəziyyəti aşağı düşə bilər”





A+  A-

Bu il ilk dəfə IV qrupda “tibb bacısı işi” ixtisası üzrə qəbul elan edilib.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu ixtisas əvvəllər orta ixtisas təhsili müəssisələrində olurdu: “Amma hər bir tibb müəssisəsində yüksək ixtisaslı tibb bacısı tələb olunur. Ona görə də bu ildən bu ixtisasa 40 yer verilib”.

Bu il həmçinin biotexnologiya ixtisasına da yer ayrılıb. Bu ixtisasa IV qrupda cəmi 30 yer var: “Bu, çox müasir və gələcəkdə perspektivi olan ixtisasdır. COVİD-19 müalicəsində də biotexnologiya ixtisaslı şəxslər çox çalışıb. İctimai səhiyyə də yeni yaradılıb, çox vacib ixtisasdır. Bu ixtisasa 85 yer ayrılıb. Tibb ixtisası üçün bu il ümumilikdə 610 yer ayrılıb. Tibb Universitetindən əlavə 100 yer Seçenov adına Moskva Tibb Universitetinə də ayrılıb, Naxçıvan Tibb Universitetinə də yerlər verilib”.

M. Abbaszadə həmçinin qeyd edib ki, bu il üçün IV qrup üzrə plan yerlərinin sayı 4 100 yer təşkil edir. Ötən il bu rəqəm 3 710 olub. Bu il üçün 390 yer artım olub ki, bu da 10.5 faiz təşkil edir: “Bununla da keçən illə müqayisədə müsabiqə vəziyyəti aşağı düşə bilər. Bu qrup üzrə 1 022 nəfər 500-550 bal nəticə göstərib və onların da hamısı qəbul ola bilərlər”.

M.Abbaszadə qeyd edib ki, 560 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olma şansları yüksəkdir.

Xəbər 2449 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +