Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb


31.07.2023  15:32 

Azərbaycan separatçılarla görüşdən imtina edib





A+  A-

Bakı və Xankəndi nümayəndələri arasında görüşün avqustun 1-də Bratislavada keçirilməsi güman edilirdi. Ən azından belə bir görüşü Qərb dairələri lobbiləşdirirdi.

XəzərNews.az Turan-a istinadla xəbər verir ki, rəsmi Bakı Azərbaycan hakimiyyəti separatçılarla görüşməkdən imtina edib.

Bu barədə agentliyə məlumatlı mənbələr danışın.

Bundan əvvəl Bakı iki dəfə Qarabağ ermənilərinin nümayəndələrini Azərbaycan paytaxtına reinteqrasiya ilə bağlı dialoqa dəvət edib. Lakin ermənilər bu dəvətlərə məhəl qoymayıb, bundan sonra Prezident İlham Əliyev onları daha danışıqlara dəvət etməyəcəklərini bəyan edib. O bildirib ki, onlar separatçı strukturları ləğv edərək Azərbaycan qanunlarına tabe olmalıdır. Yalnız bu halda onlar amnistiyaya ümid edə bilər.

Xatırladaq ki, Niderlandda yaşayan tarixçi Arif Yunusovun Turan-a verdiyi məlumata görə, "Bakı ilə Xankəndi nümayəndələri arasında potensial görüş Avropa ölkələrindən birində, ola bilsin ki Bolqarıstanda təşkil olunur.

Yunusovun Avropa təşkilatlarındakı mənbələrinə görə, amerikalı vasitəçilər neytral ərazidə görüşməkdə israr edərək Qarabağ prosesində az da olsa əhəmiyyətli rol oynayırlar.

Xəbər 1269 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +