Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb


06.02.2017  13:35 

Xalq artistlərinin maaşı niyə yarıya endirildi? - Teatrdan açıqlama





A+  A-


Üç xalq artisti – rejissor Cənnət Səlimova, aktyorlar Yasin Qarayev və Ağaxan Salmanlının yarımştat iş cədvəlinə keçrilməsi müzakirələrə səbəb olub.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasin Qarayev açıqlamasında 280 AZN maaş aldığını bildirib və aldığı maşın yarısının kəsilməsinə etiraz edib.Xalq artisti Ağaxan Salmanlı isə həmkarı ilə birlikdə teatrdan gedəcəyini söyləyib.

Mövzu ilə bağlı Gənc Tamaşaçılar Teatrı açıqlama yayıb.

Bildirilib ki, yarımştatla bağlı qanuna uyğun olaraq addım atılıb:

“Bu günlərdə Gənc Tamaşaçılar Teatrında bir qrup prezident təqaüdçüsü və prezident mükafatçıları olan, yaşı 65-dən və 70- dən keçmiş xalq və əməkdar artistlərinin yarımştata keçirilməsi ilə əlaqədar KİV-də müxtəlif fikirlər səslənir. Teatrın bədii şurasının qərarına əsasən, teatrın bir qrup əməkdaşının tamaşalarda və repertuarda məşğulluğu müzakirə olunub, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olub.

Ölkə başçısının 17 may 2011-ci il tarixli, 127-İVQD nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanuna əsasən yaşı 65-i keçmiş işçilərin fərdi müqaviləyə və yaxud müqavilə müddəti bitdikdən sonra işdən azad olunmaları təmamilə qanuna uyğun bir haldır. Teatrda gün ərzində 3-4 tamaşa oynayan gənclərin əmək haqqlarına əlavələrin edilməsi hörmətli xalq Artistlərini niyə narazı salmalıdır?

Nəzərə alaq ki, sözügedən sənətkarlar uzun illik səmərəli fəaliyyətlərinə və çoxillik təcrübələrinə görə Ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olmuşdur”.

Qeyd edək ki, fevral ayının 8-də xalq artistləri Y.Qarayevin anadan olmasının 70, A.Salmanlının 75 illiyinə həsr olunmuş Ə.Orucoğlunun “Açarını itirənlər” əsəri əsasında hazırlanmış benefis tamaşanın premyerası keçiriləcəkdir.

Xalq artistlərinin maaşı niyə yarıya endirildi? -  Teatrdan açıqlama



Xəbər 1760 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +