Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb
Maska rejimi QAYIDIR?


04.09.2024  13:02 

“Aztelecom”dan şikayət – “Qiyməti qaldırıb, sürət isə bərbad”





A+  A-

“Aztelecom” internetin qiymətini 25 manat etdikdən sonra istəsə 100 meqabitə qədər sürətli internet verə bilər, bir çox modemlə bu mümkündür. Ancaq özləri bilərəkdən bunu etmirlər.

Xəzərnews.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə “Aztelecom” abunəçisi Elvin Nadirov yazıb. O bildirib ki, 25 manat ödəsə də internetin sürəti vay-fay 2.4 ghzdə maksimum 48 və ya 49 megabitdir:

“Bununla bağlı telefon qovşağına müraciət etdikdə mənə vay-fay 2.4 ghzdə internetin sürətinin bundan artıq ola bilməyəcəyini söylədilər. 2.4 ghzdə internet sürətinin 600 mb-ə qədər yüksələcəyini bildiyim üçün bununla razılaşmadım və qovşaq işçiləri evə modemi sazlamaq üçün gəldilər. İşçilər modemə baxış keçirdikdən sonra bununla bağlı öz rəhbərlərinə məlumat verdilər. Telefon qovşağının işçiləri öz rəhbərlikləri ilə dəfələrlə telefonla danışdıqdan sonra modem sazlamasını yenidən etdilər, bundan sonra bir neçə dəqiqəlik vay-fay 2.4 ghzdə 100 meqabitə qədər və hətta 100 mb-dən də sürətli internet almağa başladı. İşçilər ərazidən uzaqlaşdıqdan sonra internetin sürəti əvvəlki kimi 48 meqabitə düşdü. Vay-fay 2.4 ghzdə 100 meqabit və ondan da çox sürət almaq mümkündür və istəsələr bu sürəti bizə verə bilərlər. Ancaq özləri bilərəkdən vermirlər”.

Qarşı tərəfi dinləməyə hazırıq.





Xəbər 6017 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +