“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


11.10.2020  17:54 

Türkiyə XİN-dən işğalçı Ermənistanla bağlı çağırış





A+  A-

“Ermənistanın humanitar atəşkəsi pozaraq bu gün səhərə yaxın Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raket zərbəsi endirməsini şiddətlə qınayırıq”.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur. Bildirilib ki, cəbhə bölgəsinə 100 km uzaq olan Gəncə şəhərinə raket atılması nəticəsində 9 mülki vətəndaş həlak olub, 39 nəfər isə yaralanıb.

“Ermənistanın işğal altındakı torpaqlardan uzaq olan ərazilərə qarşı bu təxribatçılığı yeni provakasiyadır. Bu təxribat eyni zamanda işğal prosesinin uzadılması, qanunlara əməl etməməsi və humanitar atəşkəsi anlamadığı deməkdir. Ermənistanın bu davranışları əslində yeni deyil, onların işğalçı olmasının bariz nəticəsidir. Beynəlxalq aləm artıq bu hüquq tanımayanlara dur deməlidir. Təxribat nəticəsində şəhid olan bütün azərbaycanlı qardaşlarımızı Allahdan rəhmət eləsin, yaralananların tezliklə sağalmalarını diləyirik. Türkiyə hər zamankı kimi Azərbaycanın yanındadır”, - deyə məlumatda vurğulanıb.

Xəbər 2152 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +