Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


21.12.2023  09:40 

Ruslar Avdeyevkanı mühasirəyə almağa çalışır





A+  A-

Ukrayna müdafiə qüvvələri ilə Rusiya ordusu arasında son 99 hərbi toqquşma baş verib.

Xəzərnews.az xəbər verir ki, bu barədə dekabrın 21-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.

Ruslar 5 raket və 68 hava zərbəsi endiriblər. Bundan əlavə, Rusiya Federasiyası Ukrayna qoşunlarının və mülki şəxslərin mövqelərinə çoxsaylı reaktiv raket sistemlərindən 88 hücum həyata keçirib. Çerniqov, Sumı, Xarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində 100-ə yaxın yaşayış məntəqəsi atəşə tutulub.

Kupyanski istiqamətində ukraynalı müdafiəçilər düşmənin 16, Limanski istiqamətində 13, Baxmutski istiqamətində 7, Maryinski istiqamətində 10, Avdeyevski istiqamətində 14 hücumunu dəf ediblər. Ruslar hələ də Avdeyevkanı mühasirəyə almağa çalışırlar.

“Müdafiə qüvvələri Zaporojye vilayətinin Verbovoy şəhərinin qərbində və Robotino şəhərinin cənubunda düşmənin 6 hücumunu dəf edib. Eyni zamanda, Melitopol istiqamətində Ukrayna Müdafiə Qüvvələri canlı qüvvə və texnika ilə işğalçı qüvvələrə aktiv şəkildə itkilər verməklə düşməni tükəndirməkdə davam edir”, - məlumatda deyilir.



Xəbər 1068 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +