Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


05.12.2020  11:48 

“Fransa parlamenti nağıllarla yaşayır” - Şentop





A+  A-

“Ermənistan da daxil olmaqla heç bir dövlətin tanımadığı Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament nağıllarla yaşayır”.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin spikeri Mustafa Şentop Fransa Milli Assambleyasının “DQR”in tanınması ilə bağlı qalmaqallı çağırışını şərh edərkən deyib.

Şentopun sözlərinə görə, tarixdən və hüquqdan ayrı düşmüş və yalnız əsassız iddialar və hisslər əsasında qərar qəbul edən dövlət və ya qurum real proseslərdən və qeyri-ciddi qavrayışlardan istisnaya məhkumdur.

“Dövlətin tanınması bu qədər asan proses sayılırsa, dövlətlərin sırasından xaric edilməsi də bu qədər sadə olmalıdır. Fransa Milli Assambleyası ciddi opponent statusunu itirib”, - Türkiyə parlamentinin spikeri deyib.

O vurğulayıb ki, Fransanın beynəlxalq aləmdə başladığı bütün hay-küyə baxmayaraq, Parisin qlobal oyunçu kimi “effektivliyi” sürətlə azalır. “Bu, Fransa tərəfinin reallıqdan ayrılmasının nəticəsidir”, - deyə Şentop bildirib.

​​​​​​​“Fransa hökumətinin də Azərbaycana aid olduğunu qəbul etdiyi torpaqları “müstəqil” adlandıran parlamentarilər yalnız komediya ustası kimi qəbul edilə bilər. Fransa hakimiyyətini ciddi yanaşmaya çağırırıq, fransız xalqının sağlam düşüncəsinə əminik. Əminik ki, bu absurd qərar ciddi qəbul edilməyəcək”, - Şentop deyib.

Daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyası (AKP), CHP, MHP və İYİ partiyalarının millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.

Xəbər 1667 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +