14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


19.07.2017  10:48 

Füzulidə torpaqların təyinatına uyğun istifadəsinə nəzarət gücləndirilib





A+  A-

Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin qorunmasına, torpaqların təyinatına uyğun, məqsədyönlü istifadə olunmasına nəzarət gücləndirilib.
XəzərNews.az-ın məlumatına görə, rayon ərazisində torpaqlardan istifadəyə dair qanunvericiliyin icra vəziyyətinin yoxlanılması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində konkret işlərə görülür. Belə ki, Prezident cənab İlham Əliyevin respublikada ərzaq bolluğu yaradılması, xüsusilə strateji məhsul olan taxılçılığın inkişaf etdirilməsi barədə tapşırıq və göstərişlərinə uyğun olaraq dövlət qış otlaq fonduna aid olan əvvəllər ayrı-ayrı vətəndaşlar tərəfindən kortəbii şəkildə təyinatına uyğun olmadan istifadə olunan 4000 ha ərazinin təyinatı dəyişdirilməklə 4 iri taxılçılıq təsərrüfatı yaradılıb. Bundan başqa rayonun inzibati ərazisinə aid olan əvvəllər örüş-otlaq məqsədilə ayrı-ayrı vətəndaşların icarəsində olmuş 2700 ha ərazinin də təyinatı dəyişdirilməklə, Aqroparkın istifadəsinə verilib, 500 ha ərazinin isə təyinatı dəyişdirildikdən sonra toxumçuluq təsərrüfatının istifadəsinə verilməsi nəzərdə tutulub.
Füzuli rayonu ərazisində torpaqların təyinatına uyğun, məqsədyönlü istifadə olunması üçün rayonun aidiyyəti qurumların, hüquq-mühafizə orqanlarının, icra nümayəndələrinin, bələdiyyələrin iştirakı ilə müşavirə və yığıncaqlar keçirilir, kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatına uyğun, məqsədyönlü istifadə olunması müzakirə olunur. Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli icra nümayəndələrinin və aidiyyəti qurumların iştirakı ilə yerlərdə torpaq istifadəçiləri ilə görüşlər keçirilir, torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, vergi ödənilməsi izah olunur, bu sahədə maarifləndirmə, izahat işləri aparılır. Bildirilir ki, dövlət qış otlaq fonduna aid olan və örüş-otlaq məqsədilə icarəyə verilmiş torpaqlardan yalnız təyinatına uyğun istifadə olunmalı, qanunvericiliklə müəyyən olunduğu kimi 3 faizdən çox olmayan hissəsindən xəsil kimi istifadə oluna bilər.
Qeyd olunur ki, qış-otlaq fonduna aid olan torpaqlarda təyinatına uyğun olmadan əkin aparanlar dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyalardan, mineral gübrələrdən, digər güzəşt və imtiyazlardan istifadə edə bilmirlər.
Torpaq istifadəçiləri olan hüquqi və fiziki şəxslərə torpaqlardan təyinatına uyğun olmadan başqa məqsədlər üçün istifadə edilməsinə, torpağın yararsız hala salınmasına, əsası olan tikinti işlərinin aparılmasına görə "İnzibati Xətalar” Məcəlləsində nəzərdə tutulan cərimələrin miqdarı izah olunur.
Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə torpaqların təyinatına uyğun məqsədyönlü istifadə olunması ilə bağlı mütəmadi olaraq ərazidə monitorinqlər aparır, qanunvericiliyin tələblərinin qorunmasını araşdırır və müvafiq tədbirlər görür.




Xəbər 1820 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +