Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


07.07.2017  12:56 

Füzuli Aqroparkında pivotların montaj işlərinə start verilib





A+  A-

Füzuli rayonu ərazisində Aqroparkın yaradılmasına start verilib.
XəzərNews.az xəbər verir ki, bu məqsədlə rayonun inzibati ərazisinə aid olan əvvəllər kortəbii şəkildə istifadə olunan dövlət qış otlaq fondu torpaqlarından 2700 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək Aqroparkın istifadəsinə verilib.
Hazırda 2700 hektar ərazini əhatə edəcək aqroparkda 11 ədəd müasir pivot sistemi gətirilib, infrastrukturun yaradılmasına, pivotların montaj işlərinə başlanılıb. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahə istifadəyə veriləcək ki, burada ölkəmizin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək. Aqroparkın ərazisində, həmçinin 1000 başlıq müasir intensiv südlük istiqamətli heyvandarlıq kompleksi də yaradılacaq. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçiriləcək. “Füzuli Aqropark”ın yaradılması layihəsinin icrasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditlərindən istifadə olunacaq.
Aqroparkın yaradılması, eyni zamanda, məcburi köçkün ailələrin iş təminatı ilə bağlı sosialyönümlü bir layihədir. Belə ki, aqroparkın istifadəyə verilməsi ilə rayon ərazisində xüsusilə Qayıdış qəsəbələrində yaşayan yüzlərlə məcburi köçkün işlə təmin olunacaq. Layihənin birinci hissəsinin bu il, bütövlükdə isə 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.


Xəbər 1611 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +