“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.08.2017  12:14 

Komitə yeni hərrac elan etdi





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
XəzərNews.az xəbər verir ki, bu hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 15-i kiçik dövlət müəssisə və obyekti, 50-si istifadəsiz qeyri-yaşayış sahəsi və 11-i nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Qazax, Şirvan, Ağstafa rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Qazaxda yerləşən "Elviz" kiçik dövlət müəssisəsi, Ağstafada olan Qazax Kənd Tikinti Birliyi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Qazaxda yerləşən kiçik dövlət müəssisəsidir. 110 min manata təklif olunan müəssisənin torpaq sahəsi 6255 kv.m.-dir. Bundan başqa Mingəçevirdə yerləşən 138 saylı mağaza 55 min manata, Ağstafada olan Qazax Kənd Tikinti Birliyi 30 min manata hərraca çıxarılıb.

Xəbər 1913 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +