“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.08.2017  14:37 

Prezident 11,8 milyon manat ayırdı





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, Sərəncama əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanında nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 11,8 milyon manat ayrılıb.

Sərəncamda deyilir ki, Salyan şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə ilkin mərhələdə həcmi 7500 kubmetr olan bir su anbarının, diametri 720 mm, uzunluğu 7,6 km olan magistral su kəmərinin, diametrləri 90-280 mm, uzunluğu 13,0 km olan paylayıcı su şəbəkəsinin, diametri 315 mm, uzunluğu 7,0 km olan təzyiqli kanalizasiya xəttinin tikintisi və bir kanalizasiya nasos stansiyasının yenidən qurulması zərurəti yaranıb.

Dövlət başçısı Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməyi tapşırıb.



Xəbər 1416 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +