Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


02.02.2021  10:49 

10 ton at və ölmüş mal əti satan şəxslər saxlanılıblar - Video





A+  A-

Salyan rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan şəxslər ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə əməliyyat tədbiri həyata keçirilib.

Toplanmış əməliyyat materialları əsasında müəyyən edilib ki, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Kərimov həmyerlisi Davud Əhmədovla birgə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə Elçin Kərimov Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus fermada toplayıb. Daha sonra orada adları çəkilən şəxslər tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin və digər ətlərin sümükləri ayrılandan sonra mal əti adı ilə Elçin Kərimov tərəfindən Bakı şəhərində satılıb.

Baş İdarənin əməkdaşları tərəfindən Elçin Kərimova məxsus fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 10 ton mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı Baş İdarədə Elçin Kərimov və Davud Əhmədov barəsində cinayət işi başlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən hər iki şəxs barədə həbs qətimkan tədbiri seçilib. Şəxsiyyəti məlum olan digər dəstə üzvlərinin saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.



Xəbər 2410 dəfə oxunub.



15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +