“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək


07.05.2025  12:43 

Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə





A+  A-

İş adamı Süleymanov Rəşid Qoşnalı oğlu ilə “Şərur” MTK arasındakı məhkəmə prosesi yekunlaşıb.

XəzərNews.az modern.az-a istinadən xəbər verir ki, iddiaçı cavabdehə investisiya olaraq hissə-hissə cəmi 1.000.000 ABŞ dolları məbləğində pul verib. Qoyduğu həmin investisiyanın müqabilində cavabdeh ona qeyri-yaşayış sahəsi verməli olsa da, buna əməl etməyib. Axırıncı dəfə 2023-cü il 4 noyabr tarixində cavabdehə onun satış üzrə meneceri vasitəsilə 1.000.000 ABŞ dollarının 246.000 ABŞ dolları hissəsini verib. Həmin pulları o, Binəqədi rayonu S.S. Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında (“Azadlıq” metrostansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün ödəyib. Lakin kooperativ pulu ondan aldıqdan sonra ticarət mərkəzini verməyib və ödədiyi pulun bir qismini hissə-hissə qaytarıb.

Sonuncu dəfə 2022-ci il aprel ayında iddiaçıya 25.000 ABŞ dolları qaytarılıb. İddiaçının cavabdehə ödəmiş olduğu 467.000 ABŞ dolları məbləğində pul isə geri qaytarılmayıb.

“Azadlıq” metrostansiyasının yaxınlığındakı ticarət mərkəzini başqasına satdıqdan sonra cavabdeh iddiaçıya həmin əraziyə yaxın “Red Plaza” adlı binadan qeyri-yaşayış sahəsi ayıracağını vəd verib. 2023-cü ilin mart ayında kooperativin rəhbərliyi ilə bu məsələyə dair son müzakirə olub. Cavabdeh həmin sahəni də verməyəcəyini və qalan 467.000 ABŞ dolları məbləğində pulu qaytarmayacağını bildirib.

Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul olunub. 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faiz olmaqla, cəmi 482.000 ABŞ dolların cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə qərar verilib.

Qeyd edək ki, “Şərur” MTK məşhur iş adamı, qeyri-rəsmi milyarder, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundova məxsusdur.

Xəbər 3026 dəfə oxunub.



15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +