14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


08.02.2022  16:07 

Deputatın prokuror oğlu cinayət işinə qərəzli yanaşır?





A+  A-

Bakıda biznes qurmaq üçün tanışına külli miqdarda pul verdiyini deyən şəxs aldadıldığını, lakin şikayəti üzrə başlanan cinayət işinin istintaqının qərəzli aparıldığını iddia edir.

XəzərNews.az xəbər verir ki, vətəndaş Azad Qəribov “Qafqazinfo”ya müraciət edərək iş yoldaşı Murad Abdullayev və ev alqı-satqısı ilə məşğul olan Şöhrət Axundov tərəfindən dələduzluq yolu ilə pulunun mənimsənildiyini bildirib.

Onun sözlərinə görə, M. Abdullayev ev tikib satmaq biznesi adı ilə ondan 55 min manat pul alıb, daha sonra evi satmaq adı ilə Ş.Axundovun adına keçirib: “Binəqədidə “DSK yolu” Yeni yaşayış massivində 2 sot torpaq alındı və ev tikildi. Ev 2021-ci ilin iyul ayında tamamlandı, satışa qoymaq mərhələsinə çatanda aldadıldım. Murad evi tanışı, həm də qohumu olan Şöhrətə satmağı təklif etdi. Qiyməti 63 min manat müəyyənləşdirdik. Murad xahiş etdi ki, evi Şöhrətin qızının adına keçirək. Çünki Şöhrət qızına toy edib həmin evə köçürəcəkdi. Mən də insanlıq edib razılaşdım”.



A.Qəribov deyir ki, hər iki şəxs birləşərək onu aldadıblar və onların əməllərindən Nərimanov Rayon Prokurorluğuna şikayət etsə də, əvvəlcə cinayət işinin başlanılması rədd edilib: “Qərardan şikayət yazandan sonra Bakı Şəhər Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq: külli miqdrada törədildikdə) maddəsi ilə cinayət işi başlandı. Murad Allahverdiyev, onun əlbir olduğu Şöhrət Axundov dindirildi və hər ikisi törətdikləri cinayəti etiraf etdi.

Lakin müstəntiq Şahmar Qurbanov və ona prosessual rəhbərlik edən Nərimanov Rayon Prokurorluğunun müavini Elgiz Qənizadə işə qərəzli yanaşır. Məni aldadan şəxsləri həbs etmirlər, pulum da ödənilmir. Burada şəxsi marağın nə olduğunu bilmirəm. Amma rayon prokurorluğunun öncədən cinayət işi başlatmaqdan imtina etməsi artıq burada qərəz olduğunu bəlli edir. İşə laqeyd baxıldığı üçün Baş prokuror Kamran Əliyevə müraciət edərək işin Nərimanov rayonundan alınmasını xahiş edirəm”.




Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Azad Qəribovun 55 min 50 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə hazırda Nərimanov RPİ-nin İstintaq Şöbəsində intensiv istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, yazıda adı keçən Elgiz Qənizadə deputat Çingiz Qənizadənin oğludur.

Xəbər 2081 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +