Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


27.12.2023  14:53 

Qurban Qurbanov iki mükafata layiq görülüb





A+  A-

Azərbaycan idmanında 2023-cü ilin ən yaxşıları bəlli olub.

Xəzərnews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə “Qarabağ” müxtəlif nominasiyalarda ən yaxşılar sırasında yer alıb.

Klub 2022/23 mövsümündə Azərbaycan çempionu adını 10-cu dəfə qazanıb. Ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə yüksələn “Qarabağ” Avropa Liqasında da tarixi uğura imza atıb.

Komanda bu turnirin pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Bu uğurların nəticəsində "Qarabağ" İlin ən yaxşı kişi komandası seçilib.

Mükafat klubun prezidenti Tahir Gözelə təqdim olunub.

Komandanın baş məşqçisi Qurban Qurbanov iki mükafata layiq görülüb. Təcrübəli mütəxəssis İlin ən yaxşı məşqçisi adını qazanıb. Baş məşqçi həm də İlin Ədalətli oyun (Fair Play) mükafatı ilə təltif olunub.

Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmi də mükafatlandırılıb.

Premyerası bu il olan film İlin ən yaxşı idman filmi nominasiyasında qalib gəlib.

Klub isə İlin ən yaxşı idman klubu nominasiyasında 3-cü olub.


Xəbər 1527 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +