10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


23.02.2022  11:20 

“Ağdama getdim, iş yoxdur, nə ilə dolanım?” - Deputat





A+  A-

Son vaxtlar belə fikirlər meydana çıxıb ki, Qarabağda işlər ləng gedir, bu gedişlə məcburi köçkünlər bir neçə ilə doğma yurdlarına dönə bilməyəcəklər. Arqument kimi də, 8 aya Zəngilan rayonunun Ağalı kəndinin tikilməsi göstərilir.

Əslən Ağdamdan olan deputat Aqil Abbas səbr etməkdən başqa çarənin qalmadığını bildirdi: “Burada haqlı tələblər və iradlar var. Amma səbr etmək lazımdır. Ağdamın tikintisi 2040-cı ildə başa çatacaq. Amma bu o demək deyil ki, insanlar ora həmin ildə qayıdacaqlar. 2-3 ilə Ağdamda yaşayış yerləri, məktəblər, xəstəxanalar tikiləcək. Müəyyən infrastruktur qurulmaqdadır. Gərək orada insanların yaşayışı üçün lazım olanlar həyata keçirilsin ki, sonra köçürülmə məsələsi ortaya çıxsın. Ağdam olmasın başqa yer olsun, bu belə olmalıdır. İki ilə inanıram ki, Ağdamda müəyyən mənada yaşayış olacaq. Amma bütövlükdə 15-20 il çəkəcək. Hər şey imkanımızdan, cibimizdən asılıdır. Problemlər var və bunu da hamı bilir. Müharibədən çıxmış ölkənin hər şeyi birdən-birə etməsi mümkün deyil. 8 aya bir kənd tikildiyi deyilir, amma başqa yerlərdə də tikintilərin getdiyini unutmayaq. Öncəliklə infrastruktur qurulmalıdır, əks halda, köç mümkünsüzdür. Təbii ki, ağdamlılar tələsirlər və burada da haqlıdırlar. Amma dediyim kimi, səbr etməkdən başqa çarə yoxdur. İnanıram ki, qayıdış mütləq olacaq. Məsələn, Şuşaya gələn il qayıdış gözlənilir. Ağdamda kəndlər var ki, salamatdır. Ağoğlan (Hadrut) yerindədir. O yerlərə insanları köçürmək olar. Orada evlər dağılmayıb. Amma tam əmin olandan sonra insanları köçürmək olar. İnsanların orada iş yerləri ilə təmin olunmaları çox vacibdir. Tutaq ki, Ağdama getdim, iş yoxdur, nə ilə dolanım? İş yerləri hazır olmalıdır ki, köç də olsun. 30 il səbr etmişik, 3-4 il də bundan sonra səbr edək. Biz buna məcburuq”.

Deputat bir neçə dəfə səsləndirdiyi təklifi bu dəfə də irəli sürdü: “Parlamentdə və mətbuatda bu məsələni qaldırmışam ki, məcburi köçkünlərə şərait yaratmaq lazımdır ki, özlərinə ev-eşik tiksinlər. Kənd camaatı özünə ev tikə bilir. İndi də bu, məcburi köçkünlərlə bağlı mümkündür. Torpaq minalardan təmizlənməli və insanlar o yerlərə göndərilməlidir. Üç ilə insanlar özlərinə ev tikə bilərlər. Qarabağ camaatı zəhmətkeşdir. Camaat meyvə-tərəvəz əkəcək, kənd təsərrüfatının digər sahələri ilə məşğul olacaq və özünə ev-eşik tikəcək. Bu mümkündür və bu istiqamətdə insanların o yerlərə köçürülməsinin tərəfdarıyam”./Musavat.com

Xəbər 1773 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +