Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?


16.08.2022  10:34 

“Buna kim yaxşı baxar ki...“ - FHN yanında İctimai Şura üzvü





A+  A-

"Mən hazırda kənardayam, lakin qısaca onu deyə bilərəm ki, bütün hallarda belə şeyə pis baxılır".

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai Şuranın üzvü Emin Həsənli deyib.

O, ötən gün sosial şəbəkələrdə yayılan məlum videolar barəsində fikirlərini bölüşüb.

Xatırladaq ki, görüntülərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis köməkçisi polkovnik-leytenant Zaur Mirzəyevin olduğu iddia olunur.

E.Həsənli əlavə edib:

"Buna kim yaxşı baxar ki? Amma mən elə yerdəyəm ki, danışa bilmirəm. Sözsüz ki, İctimai Şurada biz belə halları müzakirə edəcəyik. Ümumiyyətlə, nəinki İctimai Şura, eləcə də hər bir ölkə vətəndaşı belə halları pisləyir. Bu hərəkətlər iş yerində nə insana, nə Azərbaycanın dəyərlərinə, nə məmura, nə də vəzifə adamına yaraşmır. Hamı bu hərəkəti qınayır. Bunun heç bir tutacaq tərəfi yoxdur. Bu, həm nizamnaməyə, həm qanunvericiliyə, həm də milli dəyərlərimizə ziddir. Ona görə də aidiyyəti ölçülər götürüləcək.

Cəza tədbirləri də təbii ki, olacaq. FHN bunu araşdırıb nizamnamə və qanun çərçivəsində qiymət verəcək".

Xəbər 1893 dəfə oxunub.




16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +