İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb
Bakıda sakit hava, rayonlara yağış yağacaq
Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl


29.05.2025  18:05 

“Müharibə olmayacaq, sülh olacaq“ - Simonyan





A+  A-

Bazarlarımıza Azərbaycan malı çıxacaq, onların bazarında isə erməni malı, əvvəllər olduğu kimi, ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaq.

XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 29-da özünün Telegram kanalında yazıb.

"Başa düşürəm ki, azərbaycanlılar ermənilərin Bakıya qayıdıb yaşamaq məcburiyyətində qalması ilə bağlı sözlərimi sərt qəbul etdilər. Amma qəribədir ki, bunu Qarabağdan qaçmış bəzi keçmiş məmurlar, məşhur Facebook fahişələri və Köçəryan-Serj zooparkında qalan heyvanların səs-küyü edir.

Sülh bağlanandan sonra nə Türkiyə ilə, nə də Azərbaycanla ticarət etməməliyik? Bəlkə biz də öz tərəfimizdən sərhədləri bağlayaq? Minlərlə erməni Gürcüstanda, Rusiyada və başqa ölkələrdə ticarətlə məşğul olub və bunu indi də edir.

Siz ya çox cahilsiniz, ya öz zəifliyinizdən kor olub, ya da sadəcə olaraq düşmənin agentlərisiniz. Məncə, hamısı bir yerdədir. Siz bizim ölkədə artıq heç nəyə qərar vermirsiniz və heç vaxt da qərar verməyəcəksiniz.

Və Ermənistan və Azərbaycan bir-biri ilə sülh və ticarət şəraitində yaşayacaqlar.

Müharibə olmayacaq, sülh olacaq", - Simonyan yazıb.

Xəbər 812 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +