Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


19.02.2021  21:37 

Avropa İttifaqından COVAX-a 1 milyard avroluq dəstək





A+  A-

Avropa İttifaqı qlobal vaksin proqramı olan COVAX-a 1 milyard avro dəstək göstərəcək.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Komissiyasının rəhbəri Ursula von der Leyen Afrikadakı vaksinasiya işləri üçün də əlavə olaraq 100 milyon avro dəstək təmin edəcəklərini açıqlayıb.

Onun sözlərinə görə, bu, vaksinə ədalətli və bərabərhüquqlu əlçatanlığı təmin etmək məqsədi daşıyır:

“Yalnız bütün dünya təhlükəsizlikdə olduqda, biz də təhlükəsizlikdə olacağıq. Çatdırılma yaxında başlayacaq”.

Von der Leyen xatırladıb ki, Aİ daha əvvəl vaksinasiya üçün 500 milyon avro kömək göstərməyi öhdəliyinə götürmüşdü, ancaq bu məbləğ 1 milyard avroyadək artırılıb.

Qeyd edək ki, COVAX proqramı koronavirus vaksinlərinin dünyanın varlı və kasıb ölkələrinə bərabər, sürətli və ədalətli şəkildə paylanmasını nəzərdə tutur.



Xəbər 3027 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +