Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


18.05.2021  11:56 

Dmanisidə vəziyyət stabildir





A+  A-

Azərbaycanlılar və svanlar arasında qarşıdurmaların yaşandığı Gürcüstanın Dmanisi şəhərində vəziyyət hazırda stabildir.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkənin Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Nazirliyi açıqlama yayaraq iğtişaşların bitməsini alqışladığını və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşının ölkədə sabit, dinc və bərabər mühit yaratmaq üçün dövlətin məsuliyyətini dərk edəcəyinə ümid etdiyini bildirib.

Qeyd olunub ki, vəziyyətə nəzarət etmək üçün səfərbər olunmuş polis qüvvələri hələ də bölgədədir.

“Bütün vətəndaşların bu cür bəyanatlara ehtiyatla yanaşmaları vacibdir. Belə hallarda vəziyyətin süni şəkildə gərginləşdirilməsi dövlətin və çoxmillətli cəmiyyətimizin mənafeyinə zərər verə bilər”,- deyə nazirliyin açıqlamasında bildirilib.

Şərqi Gürcüstan müftisi Etibar Eminov da, öz növbəsində qarşı tərəflə görüşdükdən sonra barışığa gəldiklərini və münaqişənin davam etməyəcəyini deyib.

“Bütün tərəflərin - din xadimlərinin, dövlətin, əhalinin iştirakı ilə gündəlik həyat zəmnində baş verən münaqişə ilə əlaqədar bir razılaşma əldə edildiyi üçün çox şadam və xoşbəxtəm. Bir-birilərini bağışladılar və barışdılar. Bu, sevindiricidir və xoş qarşılanır. Yerli sakinlərə bir din xadimi olaraq arzum və tövsiyəm bir-birinizə qayğı göstərməyinizdir. Əminəm ki, xalqımız qarşıdurmanın qızışdırılmasına imkan verməz, onlar həmişə barışıq və dinc yanaşı yaşamaq tərəfdarıdırlar”, - deyə Eminov əlavə edib.

Xatırladaq ki, qarşıdurmalar mayın 16-da Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlı ailəyə məxsus “Ömər” marketə kütləvi hücumdan sonra başlamışdı.

İnsidentlə bağlı ötən gün Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb.

Xəbər 1929 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +