Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


26.10.2023  09:44 

Axtarışa olan şəxs Polşadan Azərbaycana gətirilib





A+  A-

Beynəlxalq axtarışa verilən şəxs Polşadan Azərbaycana gətirilib.

Xəzərnews.az Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu gün nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən həmin şəxs Polşadan Azərbaycana gətirilərək məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Belə ki, qabaqcadan bir qrup şəxslə əlbir olaraq oğurluq cinayətinin (AR Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Səxavət Niftalıyevin yeri Polşa Respublikasında müəyyən olunub və o, həbs edilib. Bununla əlaqədar, nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Polşanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək onun təslim edilməsinə dair razılıq əldə olunub.

Nazirlik əlavə edib ki, təkcə bu ay ərzində üç nəfər şəxs Böyük Britaniyadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan Azərbaycana ekstradisiya edilib.

Xəbər 953 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +