Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


02.11.2018  13:56 

“Hakimiyyət dəyişən kimi bayraq da dəyişdirildi”





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunlarının ikinci oxunuşunda deputatlar atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürüblər.
XəzərNews.az-ın məlumatına görə, bunlara cavab olaraq çıxış edən deputat Siyavuş Novruzov söyləyib ki, atributlarımızın dəyişdirilməsi ilə bağlı təklifər referendum yolu ilə həll edilməlidir.

“Konstitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizə ziyan verməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizdə və digər atributlarda olan cəhətləri ilə bağlı hər kəsin fikir arzusu ola bilər. Amma mən bunların əleyhinəyəm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa daha yaxşıdır”.

S. Novruzov söyləyib ki, vaxtilə Ulu öndər Heydər Əliyev atributlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış etdi.

“Bizə qonşu dövlətlərin birində hakimiyyət dəyişən kimi bayraq da dəyişdirildi (Gürcüstanı nəzərdə tutur).

Onlar Avropaya yaxınlığını göstərmək üçün bayraqlarının üzərinə 5 xaç vurdular. Amma bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə qoyulub”.

Xəbər 1715 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +