Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


25.04.2017  11:04 

Ziyafət Əsgərovdan dünya birliyinə ÇAĞIRIŞ





A+  A-

“Bu gün biz regional inteqrasiya proseslərinin vüsət aldığı bir dünyada yaşayırıq. Yer kürəsinin müxtəlif bölgələrində mövcud olan bir çox siyasi, iqtisadi, ekoloji və digər problemləri yalnız ölkələrin birgə səylərini birləşdirmək yolu ilə həll etmək mümkündür. Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarixi boyu bu qədər dərindən hiss olunnmamışdı”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Qara Dəniz Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil, sosial məsələlələr komitəsinin 48-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, komitənin gündəliyinə daxil olan mədəniyyət, təhsil, sosial məsələləri nəinki Azərbaycan ümumiyyətlə QDİƏT üçün və bu təşkilatın yerləşdiyi region üçün mühüm əhəmiyyət kəsb edir.
Z. Əsgərov qeyd edib ki, Azərbaycanda iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması, ökədə səhiyyənin inkişafı, insanların sağlamlığının qorunması problemlərinin davamlı həllinə imkan yaradıb:

“Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması, geniş miqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il investisiya yatırılmaqdadır. Bu dövrdə rayonlarımızda 500 dən artıq tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Tibb müəsisələrinin hər biri müasir texnika və avadanlıqla təchiz edilib.

Bu dövrdə səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsait bir neçə dəfə artıb. Həyata keçirilən tədbirlər nəticəsində ana və uşaq ölümü səviyyəsi aşağı düşüb.

Səhiyyə sitemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edilib, beynəlxalq əməkdaşlığıa üstünlük verilib. Xüsusilə də vurğulamaq istəyirəm ki, Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir”.

Xəbər 1734 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +