Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


23.04.2025  11:15 

Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı





A+  A-

Hüquq mühafizə orqanları tərəfindən Ədliyyə Naziriliyinin Notariat İdarəsində aparılan əməliyyat tədbirləri nəticəsində vergidən yayınma, rəsmi sənədlərin saxtalaşdırılması, korrupsiya faktları aşkar olunub.

XəzərNews.az xəbər verir ki, Ajans.az-ın əldə etdiyi məlumata görə bununla əlaqədar olaraq Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi - Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini Anar Bahadır oğlu Süleymanovun saxlanıldığı bildirilir.

Xatırladaq ki, Ədliyyə Naziri Fərid Əhmədov 2024-cü ilin aprel ayında Anar Süleymanov bu vəzifəyə təyin etmişdi.

Əldə etdiyimiz məlumata görə Anar Süleymanovun bir sıra Notariuslara verdiyi qeyri qanuni tapşırıq və icra edilən səndələrin yoxlanılması həyata keçirilir.

Korrupsiya faktlarında əlbir olan şəxslərin və digər informasiyaların dəqiqləşdirilməsi aparılır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirdilər ki, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov 14 aprel tarixindən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Onun barəsində hüquq mühafizə orqanları tərəfindən qeyd etdiyiniz əməliyyat tədbirlərinin aparılması barədə Ədliyyə Nazirliyində hər hansı məlumat yoxdur.

Xəbər 1151 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +