Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


01.04.2021  09:07 

Bu gündən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getmək mümkündür





A+  A-

Ötən ilin dekabrın 10-da Bakıda imzalanan, Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı olaraq Türkiyə və Azərbaycana şəxsiyyət vəsiqələri ilə səyahətlərini təmin edən protokol bu gündən qüvvəyə minir.
XəzərNews.az xəbər verir ki, sözügedən sənədin qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə etməklə, digər ölkəyə 90 gün qalma müddətli vizasız səyahət edə biləcək.

Şəxsiyyət vəsiqəsi ilə səyahət çərçivəsində Azərbaycan vətəndaşlarına Türkiyəyə girərkən, Türkiyə vətəndaşlarına isə Türkiyədən çıxarkən iki dildə “Giriş-çıxış forması” veriləcək. Bu forma üzərində giriş-çıxış ştampları vurulacaq.

Hər iki ölkə vətəndaşlarının sözügedən sənədi Türkiyədə və Azərbaycanda olduqları müddətdə özləri ilə daşımaları və giriş-çıxış əsnasında şəxsiyyət vəsiqəsi ilə birgə sərhəd qapılarındakı müvafiq səlahiyyətlilərə təqdim etməlidirlər.

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə səyahət edən Türkiyə vətəndaşları Azərbaycanda şəxsiyyət vəsiqələrini itirərlərsə, Türkiyəyə dönmələrini təmin etmək məqsədilə müvəqqəti pasport müraciəti edə bilmələri üçün özləri ilə şəkilli və Türkiyə Cümhuriyyəti şəxsiyyət vəsiqəsi nömrəli bir başqa sənəd də götürmələri tövsiyə edilib.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin səyahət sənədi olaraq istifadəsi yalnız Türkiyə və Azərbaycan arasındakı birbaşa səfərlərdə mümkündür.

Üçüncü ölkələrdən Türkiyə və ya Azərbaycana gəlişlərdə pasportdan istifadə məcburidir.

Yeni nəsil şəxsiyyət vəsiqəsi ilə oturum icazəsi üçün müraciət etmək mümkün deyil. Türkiyədə və ya Azərbaycanda 90 gündən artıq qalmaq istəyən vətəndaşlar qalmaq istədikləri müddətdən 60 gün daha çox keçərlilik müddəti olan pasportları ilə oturum icazəsi üçün müraciət etməlidirlər.

Azərbaycana gələn bütün əcnəbi vətəndaşlar ölkədə 15 gündən artıq qalmağı planlaşdırırlarsa, Azərbaycan Dövlət Miqrasiya Xidmətinə ünvan bildirməlidirlər. Azərbaycanda 15 gündən artıq qalmağı planlaşdıran Türkiyə vətəndaşlarının ölkədən çıxarkən cəzalandırılmamaları üçün ünvan bildirilməsini vaxtında yerinə yetirmək vacibdir.

Xəbər 2109 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +