Azərbaycanda bu banklar birləşə bilər
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı
Əlini sükandan çəkən sürücülər cərimələnəcək
Novxanı işıqsız qalacaq
İsrail Netanyahunun Qəzza planını təsdiq etdi
Ali Radanın deputatı Zelenskini tənqid edib
Sabah Bakıda temperatur bir az da enəcək
Bu gün doğulan uşaq metrodan pulsuz istifadə edəcək
“Mənə toxunanları Allaha tapşırıram” - Cahangir Əsgərov DANIŞDI
“28 May”dan “Dərnəgül”ə qatar getməyəcək


06.08.2025  17:32 

Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı





A+  A-

Eyni vaxtda iki müxtəlif dələduzluq əməlində ittiham edilən Qoşqar Məmmədov azadlığa buraxılıb.

O, həm DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımla birgə, həm də başqa cinayət işi üzrə ayrıca mühakimə edilir.

R.İldırımla bağlı məhkəmələrə gələn zaman azadlıqda olan Q.Məmmədov digər şikayətçilərin müraciəti əsasında 4 ay əvvəl həbs olunmuşdu.

O, bir neçə gün əvvəl ikinci iş üzrə həbsdən azad edilib. Q.Məmmədov ev dustaqlığına buraxılıb.

Məhkəmə xeyli miqdarda dələduzluqda təqsirləndirilən müttəhimin ailə vəziyyəti ilə bağlı belə qərar çıxarıb.

Qeyd edək ki, Qoşqar Məmmədov əvvəl Balakən rayonu dairə seçki komissiyasında da işləyib.

Q.Məmmədovun R.İldırımla birgə olan cinayət işinin materiallarında deyilir ki, o, digərləri ilə əlbir olaraq iş adamı Qurban Piriyevi aldadıb. Onlar Piriyevə icra başçısı təyin ediləcəyi ilə bağlı vəd verərək ondan ümumilikdə 510 min manat pul və 34 min manat dəyərində qızıl-zinət əşyaları alıblar.

Bu prosesdə Rasim İldırım Qoşqar Məmmədovu guya Prezident Administrasiyasında çalışan yüksəkvəzifəli məmur kimi təqdim edib. Həmin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir./“Qafqazinfo”

Xəbər 473 dəfə oxunub.




08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq

08.08.2025  10:25 

Avtobus piyadanı vurub öldürdü

08.08.2025  10:04 

Astarada ev yanıb


BÜTÜN XƏBƏRLƏR +