Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı
Əlini sükandan çəkən sürücülər cərimələnəcək
Novxanı işıqsız qalacaq
İsrail Netanyahunun Qəzza planını təsdiq etdi
Ali Radanın deputatı Zelenskini tənqid edib
Sabah Bakıda temperatur bir az da enəcək
Bu gün doğulan uşaq metrodan pulsuz istifadə edəcək
“Mənə toxunanları Allaha tapşırıram” - Cahangir Əsgərov DANIŞDI
“28 May”dan “Dərnəgül”ə qatar getməyəcək
Aİ liderləri Putinlə görüşməlidirlər - Təklif


31.07.2025  14:06 

Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib – Jurnalist





A+  A-

“Cəmi 25 yaşı olan xalam qızı ağır formada onkoloji xəstəlikdən əziyyət çəkir. O qədər kasıbdılar ki, biopsiyanın nəticəsi məlum olanda, nəqliyyat puluna görə dərhal Bakıya gələ bilmədi. Nəticəni görəndən sonra həkim soruşub ki, niyə bu qədər gecikdirmisən, vaxtında müayinə olunmamısan? Yazıq qarın dolusu yemək tapa bilmirdi, həkimə getməyə hardan pul tapaydı?”

XəzərNews.az xəbər verir ki, bu acı reallığı sosial şəbəkə hesabında tanınmış jurnalist Aytən Məmmədova paylaşıb.

Jurnalist qeyd edib ki, Milli Onkologiya Mərkəzində analizlər 250 manat, digər müayinələr üçün biri 120 manat istəyir, o biri 90 manat, başqa biri 130 manat:

“Müayinələrdən sonra özü rayona qayıtdı, KT-nin (Kompüter Tomoqrafiya) cavabını gözləyə bilmədi. Ertəsi günü mən getdim ki, götürüm.

Tibb bacısı deyir ki, ödəniş olunmayıb, 92 manat verilməlidir. Deyirəm, qəbz ver, ödəyim. Cavab verir ki, bizdə qəbz verilmir, mənə ödəməlisiniz. Deyirəm, ay xanım, bazar deyil, siz də pomidor, kartof satmırsınız, sizə niyə verməliyəm? Deyin yerini, gedim orada ödəyim. Cavab verir ki, bizdə belədir. Deyirəm, keçən ildən onkoloji xəstələr üçün ilkin müayinə, diaqnostika icbari tibbi sığortaya daxil edilib. O biri tərəfdən həkim mədəni şəkildə qayıtdı ki, bizə aidiyyəti yoxdur, "Semaşko" - filan kimi xəstəxanalara aiddir. Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?

Axırda dedim ki, nəticə əlinizin altındadır, 25 yaşında gənc adamın vəziyyətini görürsünüz. İnsan qarın dolusu yemək tapıb yeyə bilməyib, indi də bu vəziyyətdə, siz hələ də ondan pul umursunuz, necə insanlarsınız?

Bundan sonra məni çölə çıxardılar. Beş dəqiqə sonra KT-nin nəticəsini gətirib, it qabağına atan kimi verdilər əlimə...

Amma müayinə diskini vermədilər. Dedilər ki, guya diski özüm alıb gətirsəm, o zaman köçürərlər. Kim ki, pul verirdi, ona disklə birlikdə verirdilər. Gedib disk alıb gətirdim, bir saat yenə gözlətdilər, sonra diskə köçürüb verdilər.

Uzun oldu, amma Milli Onkologiya Mərkəzində insanlığın səviyyəsini göstərmək istədim...”


Xəbər 937 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq

08.08.2025  10:25 

Avtobus piyadanı vurub öldürdü

08.08.2025  10:04 

Astarada ev yanıb


BÜTÜN XƏBƏRLƏR +