Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


09.12.2020  09:32 

Ərdoğanın Bakıya səfər proqramı açıqlandı





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı şanlı qələbədən sonra ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
XəzərNews.az "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Ərdoğanın Bakı səfəri 2 gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək. Ərdoğan-Əliyev görüşü zamanı atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

İki lider atəşkəsin izlənilməsi və nəzarət edilməsi üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər. Birgə mərkəz üçün fəaliyyət istiqamətlərindən danışılacaq. Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atacağı addımlara dair qiymətləndirmələr aparılacaq.

Xəbər 2173 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +