Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


04.05.2020  14:21 

Gürcüstanda sərbəst hərəkət bərpa olunur





A+  A-

Gürcüstanın Batumi və Kutaisi şəhərlərinə giriş-çıxışa qoyulan qadağa mayın 5-dən etibarən ləğv ediləcək.
XəzərNews.az “Sputnik-Georgia.ru”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya açıqlama verib. Bildirib ki, həftənin sonuna qədər qərarın Tbilisi və Rustavi şəhərlərinə də aid ediləcəyi gözlənilir.

“Sabahdan etibarən Batumi və Kutaisidə bütün növ hərəkət məhdudiyyətləri ləğv olunacaq. Yaxın günlərdə Tbilisi və Rustavi ilə əlaqədar müvafiq qərar qəbul ediləcək. Bu qərarlar ətraf bölgələrdəki epidemioloji vəziyyətlə birbaşa bağlıdır. Ümid edirik ki, məsələ bu həftənin sonuna qədər müsbət yöndə həll olunacaq”,- deyə Baş Nazir bildirib.

Qeyd edək ki, aprelin 15-dən etibarən Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərinə giriş-çıxış qadağan edilmiş və sərbəst hərəkətə məhdudiyyətlər qoyulmuşdu.

Xəbər 1845 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +