Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


02.05.2020  10:08 

ABŞ-da koronavirus dərmanı təsdiqləndi





A+  A-

ABŞ-da "Remdesivir" antiviral pereparatının "Covid-19" xəstələrinin müalicəsində istifadəsinə icazə verilib.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası ( FDA ) açıqlama yayıb. "Remdesivir" antiviral pereparatının bir sıra xəstələrdə sağalma müddətini qısaltdığı müşahidə olunub. Belə ki, "Remdesivir" verilən xəstələrin orta hesabla 11 günə sağaldığı, plasebo verilən xəstələrdə isə bu müddətin 4 gün daha çox olduğu bildirilib. Qeyd olunub ki, eksperimental pereparat yalnız ağır vəziyyətdə olan xəstələrin müalicəsində istifadə olunacaq.

Dərman "COVID-19" xəstəliyinin ağır fazasında olan azyaşlılar və yetkinlərə verilməsinə icazə verilib.

Qeyd edək ki, "Remdesivir", 2015-ci ildə Amerikanın dərman firması "Gilead Sciences Inc" tərəfindən hazırlanmışdır . Dərman bu günə qədər Afrikada Ebola epidemiyası zamanı sınaqdan keçirilmiş, həmçinin SARS və MERS infeksiyalarının müalicəsində istifadə edilmişdir.



Xəbər 1873 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +