Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


02.12.2019  10:08 

18 nəfərin ölümünə görə matəm elan olundu





A+  A-

Rusiyanın Zabaykal diyarında baş vermiş avtobus qəzasında onlarla sərnişinin həlak olmasına görə bölgədə matəm elan olunub.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə Zabaykal diyarının rəsmi saytında məlumat verilib.

Bildirilir ki, müvafiq qərarı qubernator Aleksandr Osipov verib.

Osipov qeyd edib ki, hakimiyyət yol qəzasında həlak olan və xəsarət alanların bütün yaxınlarına kömək edəcək: “Biz yaralananları xilas etmək üçün bütün tədbirləri görürük. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Bölgədəki matəm günündə bütün əyləncə proqramları və tədbirlər ləğv edilib.

Xatırladaq ki, Zabaykal ərazisindəki magistral yolda qəza 1 dekabr səhər saatlarında baş verib. İnsdient nəticəsində 18 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Məlumata görə, Çitadan Sretensk şəhərinə gedən 43 nəfərlik sərnişin avtobusunda ön təkər partlayıb. Sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq körpüdən Kuenqa çayına düşüb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbər 1511 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +