Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


24.12.2018  12:09 

Prezidentdən əhaliyə yeni sunami xəbərdarlığı





A+  A-

Bu gün təbii fəlakətdən zərər çəkmiş Yava adası sahillərindəki rayonları ziyarət edən İndoneziya prezidenti əhaliyə xəbərdarlıq edib.
XəzərNews.az xəbər verir ki, dövlət başçısı Coko Vidodo yeni sunami ehtimalı ilə bağlı xəbərdarlıq edib və yerli hökuməti insan itkisinin qarşısını almaq üçün mümkün hər şeyi etməyə çağırıb:

“Gördüyünüz kimi, fəlakət zonaları heç də hər zaman proqnozlarla üst-üstə düşmür. Buna görə də, sunami baş verən sahil zonaları hazırlıqsız olublar. Yeni sunami ehtimalı var və əhali, sahil rayonların müvafiq xidmət orqanları buna hazır olmalıdırlar. Biz yeni qurbanlardan qaçmalıyıq".

Qeyd edək ki, daha əvvəl dövlət başçısı sunaminin dəqiq proqnozunun son dərəcə çətin tapşırıq olduğunu etiraf etmişdi. Vidodo söz vermişdi ki, 2019-cu ilin əvvəlində ölkədə sunaminin erkən proqnozlaşdırılması sisteminin bütün elementləri təkmilləşdiriləcək.

Xatırladaq ki, son rəqəmlərə görə sunamidə ölənlərin sayı 281-ə çatıb.

Xəbər 1450 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +