Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub


23.09.2017  17:49 

Elmar Məmmədyarov baş katiblə görüşdü





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb.
XəzərNews.az-a daxil olan məlumata görə, görüşdə Azərbaycan və ATƏT arasında əlaqələrin hazırkı səviyyəsi nəzərdən keçirilib və əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər Azərbaycanla ATƏT arasında konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesinin son statusu barəsində ətraflı məlumat verib. O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət mövcud status-kvonu qəbuledilməz sayır və münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələri bütün işğal altındakı Azərbaycan ərazilərindən çıxarılmalıdır. Nazir güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha bəyan edib.

Görüşdə tərəflər ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər 1944 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +