Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub


29.03.2024  16:43 

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır





A+  A-

“Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar”.

Xəzərnews.az “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.

Lakin onun fikrincə, bu vəziyyətə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməli, ərazi bütövlüyünü və suverenliyini bərpa etməli oldu:

“Azərbaycan həqiqətən də bunu etməyə məcbur idi, çünki biz ikili standartlarla, xarici hərbi təcavüz və hərbi işğal siyasətinə bəraət qazandırmağa çalışanlarla yanaşı, separatizmin təşviqi ilə də üzləşmişdik. Hər bir ölkə kimi bu, Azərbaycan üçün də qəbuledilməz idi”.

“Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub”, - Prezidentin köməkçisi vurğulayıb.

“Biz (Azərbaycan və Ermənistan) sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur.

Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir”, - o bildirib.

H.Hacıyevin fikrincə, Bakı və İrəvan qarşıdurma kitabını qapadıb irəli getməli, həmçinin sülh sazişinə görə məsuliyyəti gücləndirməlidir: “Ola bilsin ki, bu, uzun proses olacaq”.

O, həmçinin qeyd edib ki, Azərbaycanın hədəfi Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdir:

“Biz hərbi işğalın hədəfi olmasına baxmayaraq, sülh sazişinin mətnini hazırladıq, sülh sazişinin 5 fundamental prinsipini də formalaşdırdıq.

Görürük ki, biz irəliləyirik, amma təəssüf ki, regional əməkdaşlığa, sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var”.

Xəbər 4665 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +