Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub


29.03.2024  13:02 

Cinayət Məcəlləsində terrorla bağlı müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır





A+  A-

Hesab edirəm ki, terrorla mübarizə məqsədilə Cinayət Məcəlləsindəki müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə istər Vətən müharibəsində, istərsə də antiterror əməliyyatları zamanı həm Ermənistan, həm də onun havadarları tərəfindən Azərbaycanda sosial xarakterli fövqəladə vəziyyət yaratmağa nə qədər cəhd göstərildisə, nə qədər terror törətməyə çalışıldısa, hüquq-mühafizə orqanları bunların baş tutmasına imkan vermədi.

Deputat vurğulayıb ki, Azərbaycanı, həmçinin müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar: “Bu halda da Fövqəladə Hallar Nazirliyi belə məsələləri aradan qaldırıb. Azərbaycanda terror aktının törədilməsinə icazə verilməyib”.

O əlavə edib ki, terrorun əsas mənbəyi maliyyə, çirkli pullardır: "Hesab edirəm ki, Cinayət Məcəlləsindəki müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır. İstər mətbuat, siyasi partiya, QHT, istərsə də hərbçilər olsun, əgər kimsə mənbəyi məlum olmayan vəsait alırsa, bunun qarşısı dərhal alınmalı, mənbəyi araşdırılmalıdır.

Çünki o maliyyə ölkədə hər hansı neqativ addımın atılmasına istifadə olunacaq. Heç kim qarşılıqsız pul vermir, verilən pulların sifarişi də var"./report

Xəbər 4172 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +