Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF
Ən çox plan yeri ayrılan ixtisaslar - SİYAHI
İçkili halda yüksəkgərginlikli elektrik dirəyinə çıxdı
Maliyyə naziri Maska hücum edib
Moskvada qaz balonları olan anbarda yanğın-VİDEO
İranda atışma olub: Ölən var-VİDEO
Almaniyada terror aktı
Ukrayna ordusu Rusiyanın hərbi qatarını vurub
Lukaşenko bu liderə abidə ucaltmağı təklif etdi
Fransa Ukraynada dron istehsal edəcək


02.11.2023  11:29 

Ucarda çoxlu sayda mal-qara tələf olub... - Əraziyə baytar həkimlər cəlb olundu





A+  A-

Dövlət Aqrar İnkişaf Mərkəzi Ucarda çoxlu sayda mal-qaranın tələf olması barədə məlumat yayıb.


Xəzərnews.az xəbər verir ki, məlumata istinadən xəbər verir ki, 01.11.2023-cü il tarixində rayonun Yuxarı Şilyan kəndindən iribuynuzlu heyvanların kütləvi şəkildə tələf olması ilə bağlı məlumat daxil olub.

Məlumat əsasında əraziyə baxış keçirilib. Baxış zamanı 15 mülkiyyətçiyə məxsus 26 baş iribuynuzlu heyvanların tələf olması məlum olub.

Tələf olunmuş iribuynuzlu heyvanlardan 23 başı gecə saatlarında, 3 başı isə səhər saaatlarında zərərsizləşdirilməsi təmin olunub.

Eyni amanda 8 baş iribuynuzlu mal-qaranın gecə saatlarında müalicə olunması təmin olunub. 6 baş tələf olmuş iribuynuzlu heyvandan pataloji-anatomik yarma aparılaraq nümunələr götürülüb. Nümunələr analiz üçün Qida Təhlükəsizlik Agentliyinin Ucar regional bölməsinə təhvil verilib. Hazırda əraziyə bitkilərdən və ərazidki su mənbələrindən analizlərin götürülməsi məqsədilə mütəxəsislər cəlb olunub.

Eyni zamanda Ucar rayon HSBX-nın əməkdaşları və özəl baytar həkimləri əraziyə cəlb olunaraq xəstə heyvanların müalicəsini davam etdirməklə, digər heyvanlarda da hər hansı bir şübhəli əlamətlərin olub-olmaması ilə bağlı müşahidələr aparır.

Xəbər 1461 dəfə oxunub.




08.06.2025  03:34 

Maliyyə naziri Maska hücum edib

08.06.2025  00:52 

Bakıda yanğın baş verib

08.06.2025  00:49 

Almaniyada terror aktı


BÜTÜN XƏBƏRLƏR +