Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


24.10.2023  00:01 

Bakıda qadın bir ildi küçədə yaşayır





A+  A-

Bakıda yaşayan, 63 yaşlı Mirvari Kərimova bir ildən çoxdur ki, küçədə yaşayır.

Xəzərnews.az Xezerxeber-ə istinadən xəbər verir ki, M.Kərimova 11 il qazanxanada yaşayıb, sonra isə oradan çıxarılıb.

63 yaşlı M.Kərimova bu yaşında isti ocağında, sevdiklərinin əhatəsində yaşamalı olsa da, ömrünü küçədə keçirmək məcburiyətində qalıb.

Xadimə işləyən qadın boş vaxtlarında köhnə çörəkləri yığıraq heyvan sahiblərinə satır.

M.Kərimova bildirib ki, 11 il qazanxanada yaşayıb. Təhlükəli olduğu üçün sonra onu oradan çıxardıblar. O hazırda elə həmin məntəqənin qarşısında, küçədə məskən salıb.

Onun sözlərinə görə, iki xəstə oğlu var və onlar da Dərbənddə yaşayırlar. Onlara yük olmaq istəmədiyi üçün də dörd pişiyi ilə birgə burada yaşayır.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı məsələ ilə bağlı bildirib ki, Mirvari Kərimova sözügedən qazanxanada qeyri-qanuni şəkildə məskunlaşıb. Qazanxana işlək məntəqə olduğu üçün qadının orada yaşaması həm iş prosesinə mənfi təsir edirdi, həm də onun özünün həyatı üçün təhlükli idi.

Bu səbəbdən də “Azəristiliktəchizat” ASC Mirvari Kərimovaya dəfələrlə xəbərdarlıq edib və bir ilə qədər onun qazanxanadan çıxmasını gözləyib. Sonda isə məhkəmə qərarı ilə qadın qazanxanadan çıxarılıb.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə də müraciət edilib. Qurumdan bildirilib ki, Agentliyinin əməkdaşları M.Kərimovanın sosial xidmətlərə olan ehtiyacının qiymətləndirilməsi üçün əraziyə gediblər.

Lakin o, deyilən ərazidə olmayıb. Qadınla əlaqə saxlanılıb və ona aidiyyəti sosial xidmət müəssisəsinə yerləşdirilməsi təklif olunub. Mirvari Kərimova bununla razılaşmayıb və sosial xidmət müəssisəsində yaşamaq istəməyib.

Qeyd edilib ki, Mirvari Kərimova əlilliyə görə aylıq 327,2 manat pensiya ilə təmin olunur. O, “DOST İş” Mərkəzi tərəfindən işlə də təmin edilib və aylıq 345 manat əməkhaqqı alır.

Xəbər 1129 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +