Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib
BMT işçilərini 20% ixtisar edəcək
Rusiya Zaporojjyaya raket atdı: 1 uşaq öldü
Vasif Talıbovun səhhəti pisləşdi


11.04.2022  14:33 

16 yaşlı qız necə ANA olub? - Təfsilat





A+  A-

Bu gün Gəncə şəhərində 16 yaşlı qız ana olub.

XəzərNews.az xəbər verir ki, Gəncə şəhər Perinatal Mərkəzin Baş həkimi Sevda Hüseynova jurnalistlərə açıqlamasında bildirib ki, həmin qız aprelin 9-u saat 04:42-də Perinatal Mərkəzə ağır vəziyyətdə, 40 həftəlik hamiləlik və üçüncü dərəcə piylənmə diaqnozu ilə daxil olub.

Baş həkim qeyd edib ki, daxil olarkən üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün xəstə 2003-cü il təvəllüdü ilə qeydiyyatdan keçirilib: “Xəstənin vəziyyəti ağır olduğundan (arterial təzyiq, qusma) təcili əməliyyata götürülüb. Əməliyyat olunub, 4 kq çəkidə və 52 sm boyda qız uşağı doğulub. Hazırda ana və yeni doğulan körpənin vəziyyəti kafidir. Əməliyyatdan sonra xəstə kompüter vasitəsilə qeydiyyata alınarkən onun 2006-cı il təvəllüdlü olduğu görünüb. Məlum olub ki, xəstənin 15 yaşı var. Özü bilərəkdən təvəllüdünü gizlədib. Daha sonra xəstə haqqında polisə məlumat verilib”.

Sevda Hüseynovanın sözlərinə görə, o, Gəncə şəhər sakini olduğu halda doğuşu başa çatdırmaq üçün Samux Rayon Xəstəxanasına müraciət edib: “Xəstə bizə Samuxdan həkim müşayiəti ilə Gəncəyə gətirilib. Yəqin ki, yaşını gizlətmək üçün Samuxa müraciət olunub. Xanımın çəkisi 110 kq olub. Yaşının az olmasına baxmayaraq, zahiri görkəmində 15 yaş olduğu bilinmir. Ona görə də xəstəxanaya daxil olarkən biz onun azyaşlı olduğunu bilməmişik”.

Xatırladaq ki, ilkin məlumata görə, qız 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurub. Hazırda qeyd edilən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb.

Xəbər 1770 dəfə oxunub.




31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +