10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


02.04.2025  11:51 

“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş





A+  A-

“Pilot-16”nın iş icraçısı vətəndaşın evini icazəsiz sökdüyü üçün cəzalandırılıb.

XəzərNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi araşdırma sonrası belə hökm çıxarıb.

66 yaşlı Əlisahib Əzizov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkə özgə əmlakını qəsdən məhv etməkdə təqsirli bilinib.

İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs “Pilot-16” MMC-də iş icraçısı vəzifəsində işləyərkən heç bir rəsmi sənəd olmadan vətəndaş Məhbubə Quliyevaya məxsus 68 kvadratmetr evi və həyətdəki hamam-tualeti sökdürüb. Ağır texnika vasitəsilə söküntü aparılan zaman xoşbəxtlikdən evdə heç kim olmayıb.

Söküntü zamanı evdəki kondisioner, soyuducu, televizor və başqa əşyalar da sıradan çıxıb. Ekspertiza nəticəsində zərərçəkmişə ümumilikdə 61 min manat zərər dəydiyi təsdiq edilib.

Barəsində həbslə bağlı olmayan qətimkan tədbri seçilmiş “prorab” məhkəmədə özünü təqsirli bilməyib. İfadəsində deyib ki, Novruzov qardaşları küçəsində “Pilot-16” MMC tərəfindən alınan evlərin söküntüsü aparılarkən iki evin boş və dağıntı halında olduğunu görüb. Bu səbəbdən ekskavator sürənə göstəriş verib ki, həmin evləri söksün. Bir ev tam sökülüb. Hazırki zərərçəkmişin evinin söküntüsü yeni başlayan vaxt ona rəsmi icazələri olmadığı barədə məlumat veriblər. Bundan sonra söküntü dərhal dayandırılıb. Şirkətin hüquqşünası Nicat onunla əlaqə saxlayaraq həmin evin söküntüsünə razılıq olmadığını bir daha təsdiq edib. Təqsirləndirilən şəxs Nicatın iş başlamamışdan əvvəl hansı evin sökülüb, hansının qalacağını demədiyini də etiraf edib.

O, son sözündə məhkəmədən bəraət istəyib. Amma maraqlıdır ki, Ə.Əzizov vətəndaşa dəymiş 61 min manatlıq ziyanı tam ödəyib. Vəsait Baş Prokurorluğun depozit hesabına oturulub. Pulun onun əvəzinə “Pilot-16” MMC tərəfindən ödənilib-ödənilmədiyi açıqlanmayıb.

Məhkəmə ziyanın tam ödənilməsini nəzərə alaraq, müttəhimi həbsə göndərməyib. Ona 4 il müddətinə şərti cəza verilib.

Hazırda hökmdən apellyasiya şikayəti verilib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, bu yaxınlarda da bənzər hadisə baş verib. Bir vətəndaşın evi “Melissa Group” tikinti şirkəti tərəfindən ailə evin içində ola-ola sökülüb. Bu səbəbdən şirkətin rəhbəri Qalib Məmmədov həbs edilib.

Xəbər 1532 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +