Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib
BMT işçilərini 20% ixtisar edəcək
Rusiya Zaporojjyaya raket atdı: 1 uşaq öldü
Vasif Talıbovun səhhəti pisləşdi


19.12.2018  16:05 

“Jurnalistika fakültələrində islahatlar aparılacaq” - Əflatun Amaşov





A+  A-

"Çox təəssüf ki, Azərbaycanın ali məktəblərinin jurnalistika fakültələrində tədris humanitar istiqamət üzrə aparılır".
XəzərNews.az "Report”a istinadən xəbər verir ki, bunu "Elmin populyarlaşdırılmasında KİV-in rolu" mövzusunda keçirilən "dəyirmi masa”da Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O vurğulayıb ki, ölkədə elmin populyarlaşdırılması vacibdir: "Bir çox dövlətlərdə jurnalistika fakültəsində tədris humanitar istiqamətlə yanaşı, digər istiqamətlər üzrə də qurulur. Azərbaycanda elmi jurnalistika yoxdur. Ona görə də biz elmi populyarlaşdıra bilmirik. Yaxın vaxtlarda Azərbaycanda ali məktəblərin jurnalistika fakültələrində islahatlar aparılacaq. Biz artıq bu islahatların astanasındayıq. Xarici ölkələrdə elm xadimləri ölkəyə valyuta gətirirlər. Azərbaycanda bu istiqamətə, eləcə də dəqiq elmlərə diqqət artırılsa, nəticələr əldə olunar".

Ə.Amaşov bildirib ki, qloballaşan dünyada elmə xüsusi önəm verilir: "Ona görə də biz elmi populyarlaşdırmalıyıq ki, insanlar bu istiqamətə yönəlsin. Redaksiyalarda elm sahəsi ilə məşğul olan işçilər də müəyyən edilməlidir. Biz cəmiyyətdə elmə maraq yaratmalıyıq. Hansı xalq ki, inkişafı elmdə görür, o xalq qlobal dünyada öz yerini tutacaq. Elmi populyar etməliyik ki, insanların şüuru bir istiqamətə yönəlsin. Əks istiqamət xurafatdır, cəhalətdir. Onu da görə-görə gəlmişik".



Xəbər 1820 dəfə oxunub.




31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +